28 Oktyabr 2014 07:37
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əl-Qaidəyə" aidiyyətı olan yaraqlılar çərşənbə axşamına keçən gecə ölkənin şimal-şərqində İdlib şəhərində Suriya ordusu ilə döyüşə başladılar. Teleqraf.com-un "İnterfaks" agentliyinə istinadən bu barədə CNN telekanalı xəbər verir.

Toqquşma nəticəsində 39 nəfər, o cümlədən 4 dinc sakin ölüb.

Suriya ordusu əvvəllər "Cebhat ən-Nusra" tərəfindən işğal edilmiş iki əsas inzibati binanı, qubernatorun iqamətgahını və polis idarəsini geri alıblar.

Hazırda İdlib ətrafında Suriya ordusu bölmələrinin yaraqlıların dəstələri ilə döyüşləri davam edir.

Yaraqlıların fəaliyyətini internetdə izlənən Flashpoint Partners təşkilatın məlumatına görə, yaraqlılar Almastuma şəhərini ələ keçiriblər. Həmçinin "Cebhat ən-Nusra" Suriya əsgərlərinin 12 nəfərinin əsir götürülməsi haqda bəyan edib.


Müəllif:

Oxşar xəbərlər