28 Oktyabr 2014 08:44
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Evin şərhinə görə, ABŞ-ın vitse-prezidenti Co Biden, Ukrayna xalqının demokratik seçki standartlarına uyğun olaraq, müvəffəqiyyətli seçki keçirməsinə görə Poroşenkonu təbrik edib.

Teleqraf.com-un məlumatına görə, Biden 17 Noyabrda Ukraynada fəal görüşlər keçirəcəyini xatırladaraq, ziyarəti əsnasında ikili əlaqələrin dərinləşdirilməsinin əsas müzakirə mövzusu olacağını bildirib.

O, Ukrayna hökuməti ilə ölkənin şərqindəki separatçılar arasında 5 sentyabrda imzalanan Minsk protokolu çərçivəsində, Rusiyanın əsgərlərini Ukrayna sərhədindən çəkməsi və sərhəddə beynəlxalq izləmə mexanizminin yaradılmasına icazə verilməsini ələ alma fürsəti tapacağını söyləyib.

Ukraynada Mərkəzi Seçki Komissiyası, ötən gün reallaşdırılan və Qərb yönümlülərin zəfəriylə nəticələnən parlament seçkilərinə iştirakın yüzdə 52,42 olduğunu açıqlamışdı. Separatçıların idarəsindəki Donetsk və Luqansk şəhərlərinin qatılmadığı seçkilərdə, 7 partiya 5 faizlik baryeri aşarkən Prezident Petro Poroşenkonun bloku 21,4 və Baş nazir Arseniy Yatsenyukun Xalq Cəbhəsi yüzdə 21,6 faiz olmaqla, birlikdə 43 faiz səs toplayıblar.

Seçkilərdə keçmiş dövlət başçısı Viktor Yanukoviç tərəfdarlarının dəstəklədiyi müxalif blok isə cəmi 9,9 faiz səs qazanıb.

Nail Cəlil


Müəllif: