Ağ Evin mətbuat katibi Jen Psaki ABŞ Prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putin haqda söylədiyi sözlərin məcazi olub-olmadığı barədə suala cavab verməkdən imtina edib.
Teleqraf.com xəbər verir ki, o, bununla bağlı əlavə şərhinin olmadığını bildirib.
“Əlavə edəcək bir şeyim yoxdur”, - Psaki Baydenin sözlərinin metafora olub-olmadığı soruşulduqda deyib.
O əlavə edib ki, Bayden əvvəllər də Rusiya rəhbərliyi ilə birbaşa təmaslarda, ya da ictimaiyyət qarşısındakı çıxışlarında mövqeyini qəti şəkildi bildirb, geri çəkilməyəcəyini söyləyib.
Bundan əvvəl Baden Putini “qatil” adlandırıb. O, Rusiya liderinin Amerikadakı prezident seçkilərinə müdaxiləsinə görə cavab verəcəyini vurğulayıb.