Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Co Baydenin onun haqqında dediyi sözlərə cavab verib.
Teleqraf.com xəbər verir ki, V.Putin deyib:
“Mən Baydenlə həqiqətən onun dediyi kimi tanışam. Mən ona sağlamlıq arzulayıram. Başqa insanları və ölkələri dəyərləndirdiyimiz zaman güzgüdə özümüzə də baxmalıyıq. Kim özünü necə adlandırırsa, başqaları da onu o cür çağırır”.
V.Putin ABŞ isteblişmentində çoxlu sayda dürüst və layiqli insanın olduğunu bildirib, Rusiya Federasiyasının onlara etibar edəcəyini söyləyib. O daha sonra deyib ki, ABŞ rəhbərliyi Rusiya ilə münasibətlərdə yalnız Vaşinqtonun şərtlərini əsas götürür, Rusiya isə yalnız özü üçün əlverişli şərtlər əsasında işləyəcək.