Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili onun bu ölkənin daxili işlərinə qarışmamasını tövsiyə edən ABŞ-ın keçmiş səfiri Yana Kelli və Avropa Parlamentinin üzvlərini “əxlaqsız səfeh” adlandırıb.
Teleqraf.com xəbər verir ki, o bu barədə “Pirveli” telekanalına müsahibəsində danışıb.
“Saakaşvilinin siyasətdən və mübarizədən uzaqlaşdırılmasının lazım olduğunu söyləyənlərin hamısı əxlaqsız səfehlərdir”, - Saakaşvili bildirib.
Keçmiş prezident başqalarının bu kimi fikirlərindən qətiyyən narahat olmadığını söyləyib.