Bolqarıstanda Rusiyaya casusluqda şübhəli bilinən bir neçə nəfər həbs edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Bolqarıstanın dövləy televiziyası məlumat yayıb.
Televiziyanın məlumatına görə, şübhəli şəxslər Bolqarıstanın Milli Təhlükəsizlik Agentliyinin xüsusi əməliyyatının gedişatında saxlanılıblar.
Bununla yanaşı, televiziya şirkəti qeyd edib ki, həbsi hələ nə Bolqarıstanın Prokurorluğu, nə Daxili İşlər Nazirliyi təsdiqləyib.