Fələstin milli administrasiyasının rəhbəri Mahmud Abbas BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılmasını tələb edib.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, Abbas İsraili fələstinlilərə qarşı təcavüzünü dayandırmağa və Şərqi Qüdsdə Məbəd dağı ərazisində zorakılığın səviyyəsini azaltmağa çağırıb.
O İsrail prezidenti Binyamin Netanyahunun Şərqi Qüdsdə məskunlaşmanı artırmaq üçün verdiyi qərarı da tənqid edib.
Samir