İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı girov saxladığı rusiyalı əsir Sergey Qorbunovu edam edib.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “The New York Times” qəzeti yazıb.
Yayılan məlumatlarda Qorbunovun son videosunun 2013-cü ilin oktyabr ayında yayıldığı qeyd olunur. Videoda rus əsir ona yaxşı baxıldığını bildirir: “Mənimlə yaxşı rəftar edirlər. Yemək verirlər. Ancaq beş gün sonra Səudiyyə Ərəbistanından olan Xalid Süleyman ilə mübadilə etmək istəyirlər, əks halda məni öldürəcəklər. Suriya və Rusiya prezidentlərinə müraciət edirəm. Çox qorxuram”.
Qəzet rus əsrin İŞİD-in paytaxtı kimi tanınan Suriyanın Rakka şəhərində saxlanıldığını bildirib. Həmçinin dərc olunan məlumatda militanların Qorbonovu güllələyərək videoya çəkdikləri və bununla da digər əsirləri qorxutduqları qeyd edilir.
Samir