Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və Rusiya liderləri arasında yaranan gərginliyə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Prezident Ərdoğan bir dövlətin digər dövlət başçısı haqqında belə fikir səsləndirməsinin tərəfdarı olmadığını bildirib.
“Hörmətli Baydenin Putinlə bağlı ifadələri bir dövlət başçısına yaraşmır və bir dövlət başçısının Rusiya kimi bir dövlət rəhbərinə qarşı belə ifadə işlətməsi qəbul olunan deyil. Mənə görə Putin çox ağıllı şəkildə cavab verməklə lazım olanı edib”,- Prezident Ərdoğan qeyd edib.