28 Oktyabr 2014 11:21
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda insan hüquqlarının vəziyyəti üzrə xüsusi məruzəçi Əhməd Şahid ölkədə ölüm cəzasının tətbiqinin artmasına, jurnalistlərin təzyiqə, qadınların diskriminasiyaya məruz qalmalarına, söz azadlığı və internetə çıxışın məhdudlaşdırılmasına diqqət yönəldib. İranda beş milyon sayta giriş bloklanıb.

Teleqraf.com xarici kiv-ə istinadən bildirir ki, BMT-nin nümayəndəsi bildirib ki, 2014-cü ilin mayında "Facebook" şəbəkəsində şərh yerləşdirmiş səkkiz insan kafirlik, ali rəhbərliyin təhqirinə və mövcud rejimə qarşı təbliğatın aparılmasına görə ümumilikdə 123 il müddətinə həbs cəzasına məruz qalıblar.

İranda indiyədək internetə çıxış tənzimləmə mexanizmləri və filtrlərdən istifadə yolu ilə məhdudlaşdırılır. Təxminən 5 milyon sayt bloklanıb.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər