ABŞ-ın yeni rəhbərliyi əvvəlki prezident Donald Trampın Çin ilə ticari və iqtisadi əlaqələrə dair verdiyi bəzi qərarları yenidən nəzərdən keçirəcək.
Teleqraf.com-un məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.
“İqtisadiyyat, ticarət, texnologiya mövzusunda çinli tərəfdaşlarımıza sıx məsləhətləşmə aparacağımızı söylədik. Və bu məsələlərdə işçi qüvvəmizin mənafeyini tam qoruyan və təşviq edəcək şəkildə irəliləyəcəyik”-deyə, diplomat bildirib.
Qeyd edək ki, Ankoricdə (Alyaska ştatı) Amerika administrasiyasının dəyişməsindən sonra Çin Xalq Respublikası və ABŞ arasında ilk danışıqlar aparılıb.