20 Mart 2021 16:47
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Xarici işlər naziri Məhəmməd Cavad Zərif türk həmkarı Mövlud Çavuşoğlu ilə İstanbulda aparılan danışıqları məhsuldar adlandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

“Qardaşım Mövlud Çavuşoğlu ilə danışıqlar aparmaq üçün gözəl İstanbula səmərəli səfər etdim. İkitərəfli və regional məsələlərdə konstruktiv qarşılıqlı əlaqələri müzakirə etdik”, - nazir bildirib.

Zərif 400 ildir bölgədə sülhə xidmət edən Türkiyə-İran təcrübəsinin olduğunu deyib.

Xatırladaq ki, Məhəmməd Cavad Zərif dünən Türkiyədə səfərdə olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər