20 Mart 2021 14:29
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası keçmiş prezident Viktor Yanukoviç və o dövrün bəzi yüksək vəzifəli şəxslərinə sanksiya tətbiq edilməsinə qərar verib.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti açıqlama yayıb.

Bildirilib ki, şuraya Yanukoviçlə yanaşı, keçmiş baş nazir Mikola Azarov, keçmiş müdafiə naziri Pavlo Lebedev, keçmiş təhsil naziri Dmitri Tabaçnik və o dövrün digər bəzi vəzifəli şəxslərə iqtisadi sanksiyaların tətbiq edilməsi təklif olunub.

Açıqlamada Ukraynaya xəyanət etmiş şəxslərin ədalətin mühakiməsinə çıxarılmasının lazım olduğu vurğulanıb: “2014-cü ildə dövrün ölkə liderləri Rusiya işğalına icazə verdilər. Buna görə məsuliyyət daşımalıdırlar”.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov adları çəkilən şəxslər barədə sanksiya qərarı verdiklərini bildirib.

Qeyd edək ki, 2013-cü il noyabrın 21-də Avropa Birliyinin (AB) ölkədəki tərəfdarları prezident Yanukoviçin AB ilə assosiasiya sazişi istiqamətində danışıqları dayandırmasından sonra etirazlara başlayıblar.

Etirazların miqyası böyüdükdən sonra Yanukoviç Rusiyaya qaçıb. Bundan sonra Yanukoviçə “xəyanət”, “Ukraynanın dövlət sərhədlərinin dəyişdirilməsi üçün qəsdən edilən davranışlara kömək” və” Ukraynaya hücum ittihamı” ilə cinayət işi açılıb.

2019-cu ildə məhkəmə müvafiq ittihamlarla Yanukoviçi qiyabi olaraq 13 il həbs cəzasına məhkum edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər