20 Mart 2021 17:34
1 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadada yaşayan radikal ermənilərin bu ölkədəki türk və azərbaycanlılara qarşı sərgilədikləri münasibət reaksiyalara səbəb olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, Kanadanın Konkordiya Universitetində keçirilməsi planlaşdırılan “Cənubi Qafqaz” adlı tədbir bu ölkədə yaşayan ermənilərin etirazından sonra ləğv edilib.

Tədbirə mühazirəçi kimi dəvət olunan Türkiyənin Kanadadkı səfiri Kərim Uras baş verənlərə münasibət bildirib.

Onun sözlərinə görə, ermənilərin basqısından sonra universitet rəhbərliyinin verdiyi bu qərar Kanadanın ümumbəşəri dəyərlər kimi qəbul etdiyi fikir və söz azadlığına ziddir:

“Fanatik erməni qruplarının Konkordiya Universitetindədə dəvət olunduğum Cənubi Qafqazla bağlı tədbirin ləğv edilməsi üçün başladığı təhdid kampaniyasında cümhuriyyətimizin qurucusu Atatürkə və hörmətli prezidentimizə yönəlik hədsiz və səviyyəsiz paylaşımlarını şiddətlə qınayırıq”.

Uras qeyd edib ki, Türkiyə və türk dünyasına qarşı zəhərli nifrətlə bəslənən ermənilər belə bir tədbirin keçirilməsinə qarşı dözümsüzdürlər: “Təəssüf ki, Kanadadakı fanatik erməni qrupları islaholunmaz və məntiqsiz düşüncələrlə hərəkət edirlər”.

Kərim Uras baş verənləri “Kanadada söz azadlığı və insan haqları üçün kədərli gün” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər