ABŞ Prezidenti Cozef Bayden amerikan qoşunlarının Əfqanıstandan çıxarılmasının vaxtı ilə bağlı hələ birqərar verməyib.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin Yeni Dehlidəki mətbuat konfransında deyib.
Pentaqon rəhbərinin sözlərinə görə, bu mövzuda rəhbərlik hərtərəfli prosesi davam etdirir və prezident həqiqətən bu qərarı vermək üçün çalışır: "Hazırda qalma müddəti və əsgər sayı ilə bağlı bir qərar verilməyib".