21 Mart 2021 10:29
1 543
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müttəfiqlərimizi və tərəfdaşlarımızı Rusiyadan hərbi avadanlıqlar almamağa çağırırıq”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Austin deyib.

“Bütün müttəfiqlərimizi və tərəfdaşlarımızı Rusiya avadanlıqlarından uzaq durmağa çağırırıq. Tərəfdaşlarımız sanksiyalara səbəb ola biləcək avadanlıq tədarükündən çəkinməlidirlər”, - Austin bildirib.

O, Rusiyadan hərbi avadanlıq alan müttəfiq və tərəfdaş ölkələrə qarşı sanksiyaların tətbiq ediləcəyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər