21 Mart 2021 12:47
1 350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Malayziyada tutulan Şimali Koreya vətəndaşının ABŞ-a təhvil verilməsi nəticəsində iki ölkənin diplomatik münasibətləri kəsildikdən sonra rəsmi Pnxenyan Kuala-Lumpurdakı səfirliyini bağlayıb.

Teleqraf.com xəbər verir ki, Malayziya mətbuatı səfirliyin binasının tamamilə boşaldıldığını yazıb.

Malayziya Ali Məhkəməsi 2019-cu ildən bəri “çirkli pulların yuyulması” ittihamı ilə həbsdə olan Şimali Koreya vətəndaşı Mun Çxol Minqin ABŞ-a göndərilməsinə qərar verib.

Şimali Koreya Xarici İşlər Nazirliyi bundan sonra bu ölkə ilə diplomatik əlaqələrin kəsildiyi elan edib.

Həmin gün Malayziya Xarici İşlər Nazirliyi Şimali Koreyanın açıqlamasını qınayaraq, Şimali Koreya səfirliyinin işçilərindən və ailələrindən 48 saat ərzində ölkəni tərk etmələrini istəyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər