21 Mart 2021 22:27
1 399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbrizin məşhur Şahgölü parkında Azərbaycan bayrağındakı rənglərə boyanmış qayıq çaxnaşmaya səbəb olub.

Teleqraf.com xəbər verir ki, Təbriz prokurorluğunun göstərişi ilə parka çox sayda polis qüvvəsi cəlb edilib.

Martın 20-də günorta saatlarında Təbrizin Şahgölü parkına çox sayda polis qüvvəsinin cəlb olunması sakinlərdə təşviş yaradıb. Buna səbəb park ərazisindəki göldə bayram münasibətilə bəzədilmiş qayığın Azərbaycan bayrağı rəngləri ilə boyanması olub.

İçi güllərlə bəzədilmiş üçrəngli qayığın fotoları azərbaycanlı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

İranın Təbrizdəki regional icra strukturları və prokurorluğunun göstərişi ilə qayığın boyası sökülüb. Park işçilərindən bir neçəsi məsələ ilə bağlı dindirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər