İranın cənub-şərqindəki Saravan şəhərində terror aktı nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın “Təsnim” agentliyi məlumat yayıb.
Silahlı qruplaşma səhər saatlarında Sistan-Bəlucistan əyalətinin cənub-şərqində yerləşən Saravan şəhərinə hücum edib.
Saravanın mərkəzi meydanında baş verən partlayış nəticəsində bir nəfərin öldüyü və həmin vaxt küçədən keçən üç nəfərin yaralandığı bildirilib.
Saravan Pakistanla sərhəddən təxminən 40 kilometr məsafədədir.