21 Mart 2021 15:49
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın rejim qüvvələrinin Hələb vilayətinin Atarib şəhərindəki bir xəstəxanaya təşkil etdiyi artilleriya hücumunda 5 mülki şəxs həyatını itirib, 10 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, Əsəd rejiminin topçuları bu dəfə xəstəxananı hədəfə alıblar.

Hücumdan ciddi zərər görən xəstəxana tamamilə yararsız hala düşüb. Ağır yaralananlar ətrafdakı xəstəxanalara köçürülüb.

Bundan başqa, xəstəxananın ətrafındakı evlər yararsız vəziyyətə düşüb.

Yerli mənbələr rejim qüvvələrinin xəstəxanaya ən azı 4 top atəşi açdığını, ölən və yaralananların sayının arta biləcəyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər