Türkiyə hərbi qüvvələrinin Suriyanın şimalında keçirdiyi əməliyyatda 20 terrorçu zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
“Barış çeşməsi” bölgəsində hərbi qüvvələrimizə atəş açan PKK/YPG terrorçularına artıqlamasıyla cavab verilib. Hərbi qüvvələrimiz tərəfindən 20 terrorçu zərərsizləşdirilib”, - açıqlamada qeyd edilib.