28 Oktyabr 2014 12:28
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı iki il əvvəl əsir aldığı ingilis jurnalisti reportaj hazırlamaq üçün Kobaniyə göndərib.

Teleqraf.com İngiltərə mediasına istinadən xəbər verir ki, sosial mediada yayımlanan görüntülərdə ingilis jurnalist Con Kantlie şəhərdə nəzarətin tamamilə İŞİD-in əlində olduğunu iddia edir.

Türkiyə sərhədinin bir neçə yüz metrliyindən reportaj hazırlayan jurnalist Qərb mediasının Kobanidəki son vəziyyətə dair xəbərləri təhrif etdiyini bildirir.

Kobanidəki böyük miqyaslı münaqişələrin sona çatdığını qeyd edən Kantlie şəhərdə kürd qüvvələrinin və PKK döyüşçülərinin qalmadığını söyləyir.

Xatırladaq ki, 2012-ci ilin noyabr ayında İŞİD tərəfindən Suriyada qaçırılan ingilis jurnalist Con Kantlie daha əvvəl də təşkilatın yaydığı təbliğat materiallarında görüntülənib.

Samir


Müəllif:

Oxşar xəbərlər