Prezidentliyi dövründə bütün kritik qərarlarını Tvitterdə elan edən ABŞ-ın keçmiş dövlət başçısı Donald Tramp yenidən sosial şəbəkəyə qayıtmaq üçün həll yolu tapıb.
Teleqraf.com xəbər verir ki, Trampın qarşıdakı aylarda quracağı platforma ilə sosial şəbəkəyə dönəcəyi açıqlanıb.
Eks-prezidentin vəkili Ceyson Miller Trampın bir neçə aydan sonra öz platformasından istifadə edərək sosial şəbəkəyə qayıdacağını deyib.
Miller bu platformanın milyonlarla istifadəçini cəlb edəcəyini proqnozlaşdırıb.
Tramp keçən il keçirilən prezident seçkisində rəqibi Co Baydenə məğlub olub. Seçkilərdə saxtakarlıq olduğunu israr edən Trampın sosial şəbəkə hesabları yanvarın 6-da Konqresin təzyiqlərindən sonra bağlanmışdı.