Paytaxt Bağdadda İraq Milli Kəşfiyyat Xidmətinin (İNİS) yüksək rütbəli zabiti Məhəmməd Lait sui-qəsd nəticəsində öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik mənbələri məlumat yayıb.
Laitin paytaxtın qərbindəki Mənsur bölgəsindəki qohumlarından birinin evinin yaxınlığında silahlı şəxslər tərəfindən öldürüldüyü bildirilib.
Sui-qəsdçilərin silahlarına səsboğucu quraşdırdıqları deyilib.