22 Mart 2021 16:29
1 454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Yunanıstan arasında önəmli anlaşma əldə edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Yunanıstanın “To Vima” qəzeti məlumat yayıb.

Məlumata görə, iki ölkənin hərbi dairələri “qırmızı telefon” adlandırılan birbaşa rabitə əlaqəsinin qurulmasına razılaşıblar. Anlaşmanın iki həftə əvvəl NATO-nun baş qərargahında əldə olunduğunu yazan qəzet rabitə xəttinin 24 saat fəaliyyət göstərəcəyini bildirib.

Nəşr qeyd edib ki, bununla iki ölkə arasındakı gərginliyin həlli üçün geniş imkanlar yaranmaqla yanaşı, ehtimal olunan silahlı toqquşmanın da qarşısı alınıb.

Yunanıstan Baş naziri Kiriakos Miçotakis “To Vima”ya verdiyi müsahibədə Türkiyə ilə normal qonşuluq münasibətləri qurmaqda maraqlı olduqlarını söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər