23 Mart 2021 01:31
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Konqo Respublikasında prezident seçkiləri keçirilib.

Teleqraf.com xəbər verir ki, seçkilərdən bir gün sonra müxalifət lideri, 61 yaşlı Qay Bris Parfe Kolelas vəfat edib.

Seçkilərdən əvvəl koronavirusa yoluxan Kolelasın təşviqat kampaniyasının rəhbəri Kristian Sir Rodriq Mayanda bu gün müxalifət liderinin müalicə üçün Fransaya gətirilərkən təcili yardım təyyarəsində öldüyünü açıqlayıb.

Qay Bris Parfe Kolelasın ötən həftə verdiyi COVID-19 testi müsbət olub. Seçki gününü xəstəxanada keçirən Kolelas sosial şəbəkə üzərindən verdiyi açıqlamada ölümlə mübarizə apardığını deyib və insanları səsverməyə çağırıb.

Seçkilərdə 7 namizədin mübarizə apardığı ölkədə 36 ildir hakimiyyətdə olan Prezident Deni Sassu-Nqessonun yenidən seçkilərdə qalib gəlməsi gözlənilir. Ölən Kolelas Nqessonun ən ciddi rəqibi sayılırdı.

Hələlik seçkilərin rəsmi nəticələri açıqlanmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər