22 Mart 2021 23:58
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada yeni növ koronavirus infeksiyasından ölənlərin və virusa yoluxanların sayı artıq beşinci həftədir ki, ardıcıl olaraq artır. Bu da narahatlığa səbəb olur.

Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fövqəladə proqramındakı COVID-19-a qarşı texniki heyətinin rəhbəri Maria van Kerxove bildirib.

Onun sözlərinə görə, ÜST-nin beş bölgəsindən dördündə koronavirusa yoluxma sayında artım müşahidə edirik. O, qeyd edib ki, Böyük Britaniyada aşkar edilən və daha yüksək yoluxdurma imkanına malik koronavirusun VOC 202012/01 ştammı hesabına Avropada yoluxma sayı 12 faiz artıb.

Şərqi Asiya bölgəsində isə 49, Şərqi Aralıq dənizi bölgəsində 8, Qərbi Sakit Okean bölgəsində isə 29 faiz artım qeydə alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər