Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 117 nəfər vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu gün ölkədə daha 22 216 nəfərdə COVID-19 tapılıb.
Türkiyədə indiyədək 3 035 338 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 844 681 nəfər sağalıb, 30 178 nəfər isə həyatını itirib.
Qeyd edək ki, son günlər Türkiyədə koronavirusa yoluxma və infeksiyadan ölüm sayı sürətlə artmağa başlayıb