Rusiya Xarici Kəşfiyyat Xidməti direktorunun keçmiş müavini, general-polkovnik Vitali Marqelov 80 yaşında vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə onun oğlu, “Transneft” şirkətinin keçmiş meneceri Mixail Marqelov bildirib.
“Atam Vitali Vasilyeviç Marqelov öldü. O, Federal Təhlükəsizlik Xidmətinin xəstəxanasında planlı müayinədən keçirilirdi, lakin vəziyyət pisləşməyə başladı, ona koronavirus diaqnozu qoyulmuşdu”, – deyə o bildirib.
Onun sözlərinə görə, V.Marqelov son günlər reanimasiyada idi.
Vitali Marqelov 1990-cı ilin yazında vəfat edən SSRİ Hava-desant qüvvələrinin komandanı, general Vasili Marqelovun oğludur.