Ufada çoxmərtəbəli binanın pəncərəsindən yıxılan uşaq sağ qalıb, o, əməliyyat olunub, hazırda vəziyyəti ağırdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Başqırdıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
Səhiyyə Nazirliyi xəsarət alan şəxsin şəhər xəstəxanasına yerləşdirildiyini qeyd edib.
“Həkimlər uşağa ağır travma diaqnozu qoyublar. Dünən o, əməliyyat olunub. Vəziyyəti ağırdır”, – deyə nazirlikdən bildirilib.
İstintaq orqanları və polis hadisəyə münasibət bildirməyib və uşağın yıxılmasının səbəbini açıqlamayıb.
Qeyd edək ki, bir sıra Telegram-kanalları gecə saatlarında bir uşağın pəncərədən qar yığınına düşdüyünün videosunu yayımlayıblar. Kadrlardan görünür ki, uşaq yıxıldıqdan sonra oturmağa çalışır. Media uşağın altı yaşında olduğunu və 12-ci mərtəbədən yıxıldığını yazır.