Dünyada 100 milyondan çox insan koronavirus əleyhinə Çin peyvəndləri ilə peyvənd olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Dövlət Şurasının epidemiyaya qarşı mübarizə üzrə idarələrarası qrupu məlumat yayıb.
“Ölkəmizdə və xaricdə 100 milyondan çox insan koronavirusa qarşı Çin peyvəndləri ilə peyvənd olunub”, – deyə məlumatda bildirilib.
Qeyd olunub ki, peyvəndlərin istehsalının miqyası artmaqda davam edir. Həmçinin vurğulanıb ki, Çin peyvəndlərinin praktikada təsirlərini sübuta yetiriblər.
Çinin müvafiq orqanları bu yaxınlarda beşinci peyvəndin istifadəsinə razılıq verib.