24 Mart 2021 01:58
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni növ koronavirus infeksiyasından ölənlərə abidə qoyulması ideyası Sankt-Peterburq şəhər administrasiyasının rəhbərliyi tərəfindən dəstəklənib.

Teleqraf.com xəbər verir ki, bu barədə Smolnının mətbuat xidmətinə istinadən “Nation News” xəbər verir.

Belə bir abidənin qoyulması ideyası koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üçün şəhərin koordinasiya şurasının nəzdində fəaliyyət göstərən idarələrarası tibb işçi qrupundan gəlib.

Smolnı bu təşəbbüsü həyata keçirmək üçün Sosial Siyasət Komitəsinin sədri Aleksandr Rjanenkova tapşırıq verib.


Müəllif: Səxavət

Oxşar xəbərlər