Ukraynada koronavirus infeksiyası ilə bağlı vəziyyət pisləşir.
Teleqraf.com “İnterfaks-Ukrayna”ya istinadla xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Maksim Stepanov Kiyevdə keçirdiyi mətbuat brifinqi zamanı deyib.
“Ukraynada COVID-19-un yayılması ilə bağlı vəziyyət pisləşir. Bizi daha çətin bir dövr gözləyir ” – deyə Stepanov bildirib.
Son məlumatlara görə, Ukraynada son bir gündə koronsavirusa 11476 yeni yoluxma faktı aşkar edildi, 8044 xəstə sağalıb.
Həmçinin, son bir gündə 333 ölüm qeydə alınıb.