24 Mart 2021 00:05
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışıqlar olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə, Türkiyə və Almaniya liderlərinin danışıqları videokonfrans rejimində keçirilib.

Müzakirələr zamanı Türkiyənin Almaniya və Avropa Birliyi ilə əlaqələrinin genişlənməsinə yönəldilmiş addımlar üzrə fikir mübadiləsi aparılıb, regional proseslərə toxunulub.

Türkiyə lideri Almaniyanın kanslerinin xüsusi xidmətinin olduğu rəsmi Ankara ilə Brüssel arasındakı dialoqun ölkəsi ilə Avropa Birliyi arasındakı əlaqələrin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib.

Rəcəb Tayyib Ərdoğan həmçinin qeyd edib ki, Yunanıstanı Egey dənizində və Şərq Aralıq dənizində vəziyyət üzrə konstruktiv danışıqların irəliləyişi üçün dialoqun davam etdirilməsinə yönləndirmək lazımdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər