24 Mart 2021 16:37
1 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikanın paytaxtı Brüsseldə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ Dövlət katibi Entoni Blinken arasında təkbətək görüş olub.

Teleqraf.com xəbər verir ki, görüş NATO Xarici İşlər Nazirlərinin görüşü çərçivəsində baş tutub.

Görüşdən sonra Tvitter-də paylaşım edən Blinken yazıb:

“Bu gün Çavuşoğluyla Brüsselə görüşdüm. NATO müttəfiqi Türkiyə ilə terrorla mübarizədə əməkdaşlığın davam edəcəyini arzu edirəm. Yunanıstanla bağlı yürüdülən məsələlərə dəstəyimizi dilə gətirdim və demokratiya və insan haqlarının əhəmiyyətini vurğuladım”.

M.Çavuşoğlu isə Tvitter-də etdiyi paylaşımda yazıb:

“ABŞ Dövlət katibi Blinken ilə konstruktiv bir görüşdə ikitərəfli münasibətlərimizin bütün aspektlərini müzakirə etdik. Əfqanıstan, Kipr, Şərqi Aralıq dənizi, Suriya, İraq, Liviya və terrorla mübarizə məsələlərində hərtərəfli fikir mübadiləsi apardıq”.

NATO Xarici İşlər Nazirlərinin toplantısında çıxış edən Blinken Türkiyənin S-400 sistemlərini tərk etməli olduğunu vurğulayıb.

Digər tərəfdən Çavuşoğlu Blinkenlə görüşdən sonra türkiyəli jurnalistlərin suallarını cavablandırıb:

“Danışıqlar konstruktiv şəraitdə keçdi. S-400-ləri niyə aldığımızı izah etdik və bu məsələnin bitdiyini bildirdik. PKK-nın Suriyada artan hücumlarını xatırlatdıq. Vaşinqtonda böyük bir toplantı keçirməyə razılaşdıq. Əfqanıstan konfransını aprel ayında keçirmək istəyirik. Avropa İttifaqı bizi saxlamaqdan əl çəkməli və konkret addımlar atmalıdır. Gömrük İttifaqı sazişinin yenilənməsi siyasi şərtlərə tabe olmamalıdır”.


Müəllif: Səxavət

Oxşar xəbərlər