24 Mart 2021 16:55
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda koronavirusun daha çox yayıldığı üç bölgə “qırmızı zona” elan edilə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze məlumat verib.

Nazir deyib ki, hazırda Quriya, İmereti bölgələri və paytaxt Tbilisi şəhərində koronavirusun yayılmasında hərəkət intensivliyi müşahidə olunur. Artıq sərt məhdudiyyətlərin yenidən tətbiqi barədə müzakirələr aparılır.

Qeyd edək ki, son sutka ərzində Gürcüstanda COVID-19-a 450 yeni yoluxma faktı qeydə alınıb.

Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 278 min 628-ə çatıb.

Son 24 saat ərzində daha 8 nəfər pandemiyanın qurbanı olub və koronavirusdan ölənlərin sayı 3 min 722-yə çatıb.

Hökumətin COVID-19-la əlaqədar yaratdığı stopgov.ge saytının məlumatına görə, son sutkada koronavirusa yoluxanların 237-si paytaxt Tbilisidə qeydə alınıb.

Hazırda Gürcüstanda qeydiyyatda olan 3 min 958 aktiv koronavirus xəstəsi var. Xəstəxanalarda müalicə olunan 1463 nəfərin 718-i paytaxt Tbilisidədir.

Bildirilib ki, hazırda Gürcüstanda 265 nəfər karantin rejimindədir və onların da 156-sı paytaxtdadır.

Eyni zamanda, özünütəcrid rejimində olan 6 min 632 nəfərində 3089-u Tbilisidədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər