Rusiyanın Baş naziri Mixail Mişustin 1821-1829-cu illər yunan milli-qurtuluş inqilabının 200 illiyi münasibətilə təşkil edilən təntənəli mərasimlərdə iştirak etmək üçün Yunanıstana gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Rusiya hökumətinin başçısı iki günlük səfərlə Yunanıstanda olacaq.
Bundan əvvəl M.Mişustinin işgüzar səfər çərçivəsində Yunanıstan Baş naziri Kiriakos Mitsotakis ilə danışıqlar aparmağı planlaşdırdığı bildirilmişdi.
Qeyd edək ki, Yunanıstan həmin illərdə Osmanlı imperiyasına qarşı mübarizə apararaq müstəqillik əldə edib.