24 Mart 2021 22:57
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 146 nəfər vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “covid19.saglik.gov.tr” portalında məlumat yayılıb.

Məlumata görə, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 29 762 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 17 761, ağır xəstələr isə 1720 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 3 091 282 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 881 643 nəfər sağalıb, 30 462 nəfər isə həyatını itirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər