25 Mart 2021 08:25
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) və ABŞ Çinlə bağlı – Qərbin bu ölkə ilə münasibətlərinə dair xüsusi daimi məsləhətləşmə formatında ikitərəfli dialoqa başlayıblar.

Teleqraf.com xəbər verir ki, bunu AB diplomatiyasının rəhbəri Jozep Borrell ABŞ dövlət katibi Entoni Blinkenlə Brüsseldə aparılan danışıqların yekunu ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

“AB və ABŞ arasında Çin üzrə dialoqu işə salmağı qərara aldıq. Bu, geniş sahəli çağırışları və imkanları müzakirə etmək üçün bir platforma olacaq”, - Borrell belə deyib.

Onun sözlərinə görə, tərəflər mütəmadi olaraq mütəxəssislər və yüksək səviyyəli rəsmi şəxslər səviyyəsində dialoq aparacaqlar: “Biz iqtisadi məsələləri, insan haqlarını, təhlükəsizliyi və Çinlə iqlim dəyişikliyi kimi konstruktiv əməkdaşlıq sahələrini müzakirə edəcəyik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər