Rusiya Xarici İşlər Nazirliyi tərəfləri Koreya yarımadasında hərbi aktivliyi və silahlanma yarışından imtina etməyə çağırır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib.
“Şimal-şərqi Asiyada, əlbəttə ki, Koreya yarımadası da daxil olmaqla, tərəflərin silahlanma yarışını davam etdirməsini və hər hansı şəkildə hərbi fəallığı artırmaqdan imtina etməsini nəzərdə tutan dinc və sabit vəziyyəti qorumaq üçün səylərin vacibliyini vurğuladıq”, – deyə S.Lavrov Cənubi Koreyanın Xarici İşlər naziri Çon Iy Yonla danışıqların yekununda söyləyib.
Lavrov, həmçinin Rusiyanın tərəflər arasında danışıqlar prosesinin erkən bərpa olunmasının tərəfdarı olduğunu qeyd edib.