25 Mart 2021 13:17
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 25-dən Özbəkistanın bütün şəhərlərində və vilayət rayonlarında COVID-19–un yayılmasının qarşısının alınması ilə əlaqədar yenidən mobil briqadalar yaradılır.

Teleqraf.com xəbər verir ki, Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, mobil briqadalar rayonlarda epidemioloji vəziyyətə nəzarət edəcək, kəndlərdə və məhəllələrdə virusa yoluxanların qısa zamanda aşkar olunması, simptomsuz virus daşıyıcılarının müəyyənləşdirilməsi, ilkin tibbi yardım göstərilməsi və ağır xəstələrin müalicə müəssisələrində yerləşdirilməsi ilə məşğul olacaq.

Karantin qaydalarına əməl etməyən idarə və təşkilat rəhbərləri inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər