Sudan ilə Efiopiya arasındakı sərhəddə son gündə yeni silahlı qarşıdurmalar yaşanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Sudan Tribune" qəzeti məlumat verib.
24 martda Basinda bölgəsində Efiopiyanın Amhara əyalətindən olan silahlıların hökumət qüvvələrinin dəstəyi ilə səkkiz kilometr Sudan ərazisinə keçdikləri bildirilir. Sudanlı qüvvələr Taya şəhərinin şimalında bu qruplara müqavimət göstərib və nəticədə hücum edənlər itkilərlə ərazisini tərk etmək məcburiyyətində qalıblar.
Efiopiyanın Baş naziri Abiy Əhməd daha əvvəl ölkəsinin Sudanla müharibə istəmədiyini və döyüş əməliyyatlarına qarışmaq niyyətində olmadığını bildirmişdir.
2020-ci ilin sonunda Sudan ordusu dünya birliyi tərəfindən bu ölkəyə mənsub sayılan sərhəd bölgələrindəki ərazilərin əhəmiyyətli hissəsinə nəzarəti ələ alıb, lakin son 50 ilə yaxındır bu bölgədə Efiopiya fermerləri təsərrüfatlar salıblar. Bunu və dəqiq sarhəd xəttinin olmamasını nəzərə alan Sudan onlarla efiopiyalılar tərəfindən salınan yaşayış məntəqəsinə nəzarəti geri qaytarıblar.
Dövlətlər arasındakı sərhəddə vəziyyət həll olunmamış qalır və silahlı qarşıdrumalar davam edir.