Belarusda hakimiyyətə qarşı keçirilən etiraz aksiyalarında yüzlərlə şəxs saxlanılıb.
Teleqraf.com-un məlumatına görə Belarus Daxili İşlər Nazirliyinin sözçüsü Olqa Çemodanova bildirib ki, sosial şəbəkələr üzərindən etirazçıların etdiyi çağırışlar qarşılıqsız qalıb.
Qanunsuz aksiyaların sayının az olduğunu, əsasən əllərində qanunsuz şüarlar qaldıran şəxslərin təklikdə etirazlara cəhd etdiyini bildirən Çomadanova deyib ki, əsasən Azadlıq prospektində aksiyaya cəhd edilib.
Din nümayəndəsi bildirib ki, ölkədə etirazlara qatılmaqla qanunları pozan 200-dən çox şəxs saxlanılıb: “Hər hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Hər hadisəni bir-bir araşdıracağıq”.
Qeyd edək ki, Balarusda ötən ilin avqustun 9-da keçirilən prezident seçkilərindən sonra aksiyalar müşahidə olunur.