Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladzeyə vertebro-bazilyar sindrom və vestibulopatiya diaqnozu qoyulub.
Teleqraf.com xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində yazıb.
Mer klinikalardan birində müayinə olunduğunu bildirib: “Distant rejimdə işləyirəm və müalicəmi davam etdirirəm. Görüşənədək”.
Qeyd edək ki, son günlər Tbilisi meri ictimaiyyət qarşısında görünmürdü