27 Mart 2021 16:00
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının VII qurultayındakı bir sıra həmləsi ilə diqqət çəkib.

Teleqraf.com türk siyasi analitiklərin fikirlərinə istinadən qeyd edir ki, VII qurultay partiya sədri Ərdoğanın kürd həmləsi ilə də yadda qalacaq.

Qeyd edək ki, qurultayda həm də Ədalət və İnkişaf Partiyasının 75 nəfərdən ibarət Mərkəzi Şurasının üzvləri seçilib. Bura köhnə komandada təmsil olunan sabiq baş nazir Binəli Yıldırım və Numan Kurtulmuşla yanaşı, yeni simalar da daxil olub.

Bu istiqamətdə hakim partiyanın Mərkəzi Şurasına daxil olan bir sıra şəxslərin adı diqqəti çəkir. Bu sırada əsasən Mərkəzi Şura üzvlərindən Əbdülrəhim Fıratın, Əbdülrəhman Kurt, Rəsul Kurt, Ələddin Parlak, Burhan Qayatürk, Qasım Gülpünar, Murad Çiçək və Orxan Miroğlunun adını qeyd etmək olar. Bu şəxslərin hər biri öz sahəsində tanınmış simalar olmaqla yanaşı həm də milli etnik baxımından kürd kökənlidirlər. Mərkəzi Şurada bu şəxslərin yer alası eyni zamanda 2023-cü ildə seçkilərə gedəcək hakim partiyanın kürd seçicilərinə əhəmiyyət verməsi və onlarla işləmək niyyətini ortaya qoyur. Başqa sözlə, hakim partiya bu dəfə həm də kürd seçicilərə sahiblənmək planlarının olduğu mesajını verir.


Müəllif: Cavad

Oxşar xəbərlər