28 Mart 2021 18:15
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsraildə keçirilən parlament seçkilərində sürpriz nəticə əldə edən Raam-Ərəb partiyası korrupsiya ittihamı ilə qarşılaşan Baş nazir Binyamin Netanyahunun siyasi gələcəyində kritik rol oynaya bilər.

Teleqraf.com xatırladır ki, Netanyahunun yeni hökumət qurmaq üçün Qəzzadakı Həmasa yaxın olan Raam Partiyasının dəstəyinə ehtiyacı var.

İndi yerli analitikləri düşündürən onun Sionist yəhudiləri ilə islamçı partiyanı bir çətir altında birləşdirə biləcəyi məsələsidir.

İsraildə hökuməti qurmaq üçün 120 nəfərlik parlamentdə azı 61 deputat mandatı lazım gəlir. Bu seçkilərdə nə Netanyahu, nə də onun müxalifəti bu qədər deputat mandatı əldə edə bilməyib. Raam Partiyası isə parlamentə 5 deputat daxil etməklə siyasi bazarlıqlarda əsas aktyorlardan birinə çevrilib. İndi Raam Partiyası Netanyahunu qələbəyə aparmaq imkanına malik olduğu qədər onun müxalifəti ilə də əməkdaşlığa gedə bilər.

Netanyahu sağ müttəfiqləri ilə birlikdə 52 deputat mandatı qazanıb. Netanyahunun müxalifəti isə 57 deputat mandatı əldə edib.


Müəllif: Cavad

Oxşar xəbərlər