28 Mart 2021 20:43
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyada son 24 saatda 3438 nəfər COVID-19 pandemiyası səbəbindən dünyasını dəyişib.

Teleqraf.com-un məlumatına görə, Braziliya Səhiyyə Nazirliyi bəyan edib ki, ölkədə pandemiyadan vəfat edənlərin sayı 310 min 550 nəfərə çatıb. Son iki sutkada üst-üstə vəfat edənlərin sayı gündəlik 3 mindən çox olub. Braziliyada son 24 saatda 85 min insan infeksiyaya yoluxub. Ümumən 12 milyondan çox insan infeksiyaya yoluxmuş hesab olunur.

Məlumat üçün deyək ki, 210 milyon əhalisi olan Braziliya ABŞ-dan sonra pandemiyadan ən çox ziyan çəkən ölkədir.


Müəllif: Cavad

Oxşar xəbərlər