28 Mart 2021 21:54
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Myanmada polis hərbi çevrilişə və seçilmiş hökumət üzvlərinin tutulmasına qarşı keçirilən etiraz aksiyasında həlak olan şəxsin dəfn mərasiminə basqın edib.

Teleqraf.com xəbər verir ki, polislər oradakı şəxslərə atəş açıb. Mərasimdə ölən və yaralananın olması barədə heç bir məlumat verilməyib.

Qeyd edək ki, fevralın 1-dən hərbi xuntaya qarşı etiraz aksiyalarının iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar nəticəsində öldürülənlərin sayı artaraq 388 nəfərə çatıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər