28 Mart 2021 23:57
403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amsterdam polisi koronavirus məhdudiyyətlərinə qarşı təşkil olunmuş nümayişi dağıtmaq üçün su şırnaqlarından istifadə edib.

Teleqraf.com xəbər verir ki, nümayiş zamanı ümumilikdə Muzey meydanına mindən çox etirazçı toplaşıb.

Etirazçılar polisin dağılışmaqla bağlı çağırışlarına məhəl qoymadıqda təhlükəsizlik qüvvələri xüsusi vasitələrdən istifadə ediblər.

Qeyd edək ki, Niderlandda hökumətin koronavirusla bağlı məhdudlaşdırıcı tədbirlərinə qarşı nümayişlər bir neçə həftəsonu davam edir. Keçən həftə olan aksiyalarda polis 150-dən çox etirazçını həbs edib.

Xatırladaq 23 yanvarda Niderlandda koronavirusun yayılması ilə mübarizə üçün komendant saatı tətbiq edilib. Komendant saatı 21:00-dan 04:30-dək davam edir, komendant saatını pozanlar 95 avro cərimə olunur. Bu qərar şəhərlərdə kütləvi etirazlara səbəb olub.

Sonradan hökumət komendant saatının müddətini martın 31-dək uzadıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər