29 Mart 2021 14:04
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə Co Bayden dönəmində ilk ballistik raket sınağını həyata keçirən Şimali Koreya beynəlxalq ictimaiyyətin təpkilərinə cavab verib.

Teleqraf.com xəbər verir ki, rəsmi Pxenyan BMT Təhlükəsizlik Şurası və ABŞ hökumətini ikili standartlara yol verməkdə ittiham edib.

Şimali Koreya rəhbərliyinin bununla Bayden administrasiyasının Koreya yarımadasındakı nüvə problemini diplomatik yolla həll təklifini nəzərə almadığı iddia olunub.

İddiaya görə, Prezident Co Bayden ABŞ-ın Şimali Koreyaya qarşı siyasətini nəzərdən keçirərkən, sələfi Donald Tramp komandasının üzvləri ilə məsləhətləşib.

Şimali Koreyanın Bayden dönəmində ilk ballistik raket sınağına reaksiyalar gəlməkdə davam edir. Pxenyanın bu addımına ilk reaksiya Yaponiya və ABŞ-dan gəlib. Şimali Koreyanın bu silahları sınamasını qadağan edən BMT Təhlükəsizlik Şurası da sərt reaksiya verib.

Şimali Koreya lideri Kim Çenin İnin kiçik bacısı Kim Yo-Çjon ABŞ müdafiə naziri Lloyd Austin və dövlət katibi Entni Blinkenin Asiya ölkələrinə səfərlərindən sonra sərt açıqlama vermişdi.

O, Baydenin bu sözlərlə hədələmişdi: “Qarşıdakı dörd ildə yatağında rahat yatmaq istəyirsə, ilk addım olaraq, problem yaratmasın”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər